Noyer 10 ay sonra qayıtdı...
"Bavariya"nın qapıçısı Manuel Noyer 2022-ci ilin dekabrından bəri ilk dəfə meydançaya çıxıb.
Sportline.az xəbər verir ki, 37 yaşlı qolkiper Bundesliqanın 9-cu turunda "Darmştadt"la matçda (8:0) qapısında yerini tutub.
Noyer ötən ilin dekabrında tətildə xizək sürərkən ayağı sınıb.
Ümumilikdə, o, "Bavariya"nın heyətində bütün yarışlarda 322 oyun keçirib və 240 qol buraxıb.