Noyer həndbolçu ilə evləndi
"Bavariya"nın qolkiperi Manuel Noyer subaylığın daşını atıb.
Sportline.az Almaniya mətbuatına istinadla xəbər verir ki, alman qapıçı həndbolçu Anika Bissellə evlənib. Toy mediadan gizli keçirilib.
23 yaşlı həndbolçu toydan sonra sosial şəbəkədəki profilində soyadını dəyişib. Noyerin yazda ata olacağı gözlənilir.