"Nyu York Niks"in basketbolçusu ciddi zədə alıb
"Nyu York Niks"in aparıc basketbolçusunun dizində ciddi zədə aşkarlanıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, klubun həkimləri Celin Brunsonun rentgen nəticələrinə baxdıqdan sonra basketbolçunun diz sümüyündə çürümənin olduğunu və vəziyyətin çox ciddiləşdiyini bildiriblər.
"Klivlen Kavaliers"lə görüşün 30-cu saniyəsində dizindəki ağrı nəticəsində meydançanı tərk edən Ceyli Brunson təcili olaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, 27 yaşlı basketbolçu bu mövsüm orta hesabla komandasına 27,7 xal qazandırıb və bu nəticə Ceyli Brunsonun ən yaxşı göstəricisi olub.