"Nyukasl Yunayted" argentinalı futbolçu ilə maraqlanır
"Nyukasl Yunayted" "Marsilya"nın argentinalı futbolçusu Leanardo Balerdini heyətinə qatmağı planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda "Mail" nəşri məlumat yayıb.
Balerdinin transfer qiyməti 20 milyon avrodur.
O, bu mövsüm 29 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.
Qeyd edək ki, "Nyukasl"ın rəhbərliyi futbolçunun meneceri ilə danışıqlar aparır.