"Nyukasl"dan 62.5 milyon avroluq transfer

"Nyukasl Yunayted"in yeni transfer hədəfi bəlli olub. 

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Nyukasl Yunayted" "Vulverhempton"un brazilyalı futbolçusu Mateus Kunyanı transfer etmək istəyir. Bu keçid üçün "Nyukasl" qarşı tərəfə 62.5 milyon avro təklif edib.

Mateus Kunyanın "Vulverhempton"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 25 yaşlı hücumçu bu mövsüm çıxış etdiyi 30 matçda rəqib qapılarından 16 top keçirib.