"Nyukasl" "Liverpul"un futbolçusunu transfer etmək istəyir

"Nyukasl Yunayted" "Liverpul"un ingiltərəli müdafiəçisi Jarell Quansanı heyətinə qatmaq istəyir.

Sportline.az "Times" nəşrinə istinadən xəbər verir ki, "Nyukasl"ın rəhbərliyi mövsümün sonunda Quansa üçün "Liverpul"a rəsmi təklif göndərəcək.

22 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 22 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Quansa bu mövsüm 22 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.