"Nyukasl"ın yeni hədəfi

"Lill"in müdafiəçisi Tiaqo Djalo Premyer Liqada oynaya bilər.

Sportline.az xəbər verir ki, "Nyukasl" 23 yaşlı futbolçu ilə maraqlanır. İngiltərə klubu onu gələn yay almaq niyyətindədir. Hazırda zədəli olan futbolçu ilə cari müqavilənin müddəti gələn ilin yayına qədərdir.

"Transfermarkt" portalına görə, Tiaqo Djalonun dəyəri 16 milyon avrodur.