“O, Messi və Ronaldonun səviyyəsində çıxış edirdi"
"Çelsi"nin sabiq müdafiəçisi Con Terri verdiyi maraqlı açıqlama ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, Terri bu fikirləri səsləndirib:
"Eden Hazard "Çelsi"də gördüyüm ən bacarıqlı futbolçu idi. Onun nümayiş etdirdiyi performansı bir növ sehr adlandırmaq olar. O, Messi və Ronaldonun səviyyəsində çıxış edirdi".
Qeyd edək ki, Hazard 2023-cü ildə futbolçu karyerasını başa vurub. 32 yaşında idmandan ayrılan belçikalı ulduz "Çelsi" ilə ümumilikdə 352 oyunda iştirak edib.