"O, özünü təlxək kimi aparır"
“Zenit”in keçmiş futbolçusu Denis Uqarov komandanın braziliyalı futbolçusunu tənqid edib.
Sportline.az Rusiya mətbuatına istinadla xəbər verir ki, o, Klaudinyonu "təlxək" adlandırıb.
“Braziliyalılar öz səviyyələrində oynayırlar. Klaudinyodan nə gözləmək olar?! O, özünü təlxək kimi aparır, yıxılır, hamını təhrik edir. Vendelin də çətinlikləri var idi, ancaq oyunu ilə ayrılmaq istədiyini sübut edir. Düşünürəm ki, çox güman ki, qışda gedəcək”, - deyə Uqarov bildirib.