Okan Buruk portuqaliyalı futbolçuya xəbərdarlıq edib
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk portuqaliyalı futbolçuya xəbərdarlıq edib.
Sportline.az xəbər verir ki, təcrübəli mütəxəsis "Fatih Karagümrük"lə oyundan sonra geyinib soyunma otağında əsəbi rəftar edən Sercio Oliveyraya son dəfə xəbərdarlıq edib.
Okan Buruk daha sonra keçirilən mətbuat konfransında :"Komandamızda istənilən oyunçu mənim dediklərimi dinləməlidir. Heç kim öz başına hərəkət edə bilməz. Əsəbi olmağını özünə və şəxsi həyatına saxlamlıdır. Bura uşaq baxçası deyil",-deyib.
Qeyd edək ki, Secio Oliveyra daha sonra əməliyyat keçirdiyi üçün uzun müddət yaşıl meydanlardan uzaq qalıb.