Onana komanda yoldaşını müdafiə etdi
"Mançester Yunayted"in qapıçısı Andre Onananın "qorilla" qalmaqalı daha da böyüyür.
Sportline.az xəbər verir ki, onun komanda yoldaşı Qarnaço qapıçının şəklini sosial şəbəkədə qorilla emojisi ilə paylaşsa da, sonradan silib.
Onana irqçilikdə ittiham olunan Qarnaçonun düzgün anlaşılmadığını bildirib.
Qapıçı sosial şəbəkədə belə yazıb: "İnsanlar mənim nədən inciyəcəyimi seçə bilməzlər. Qarnaçonun paylaşımı mənim güclü olduğumu bildirirdi. Bundan başqa məna axtarmaq olmaz”.