Onana qərarını verdi

"Mançester Yunayted"in kamerunlu qapıçısı Andre Onana klubda qalmaq istədiyini açıqlayıb.

Sportline.az  xəbər verir ki, bu haqda jurnalist Rob Dovson öz şəxsi "X" hesabında paylaşım edib.

Onana Səudiyyə Ərəbistanı klublarından aldığı təklifi rədd edib.

Qeyd edək ki, 28 yaşlı kiperin İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

Onana 2023-cü ilin yayında "İnter"dən "Mançester Yunayted"ə 50.2 milyon avro qarşılığında transfer olmuşdu.

Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 32 milyon avro olaraq qiymətləndirilir.