Onana zədələndi
Kamerun millisinin qapıçısı Andre Onana oyun zamanı zədələnib.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted"in qapıçıs DÇ-2026-nın seçmə mərhələsində Mavrikiya ilə qarşılaşmanın sonlarında zədələnərək oyunu tərk edib.
Kamerun Futbol Federasiyası onun qasıq nahiyəsindən zədə aldığını bildirib. Bu səbəbdən, o, noyabrın 21-də Liviyaya qarşı çıxış etməyəcək.