Komanda yoldaşına "qorilla" dediyi üçün cəzalana bilər
"Mançester Yunayted"in futbolçusu Alexandro Qarnaço etdiyi zarafatın bəlasına düşüb.
Sportline.az xəbər verir ki, o, komanda yoldaşı qapıçı Andre Onananın "Kopenhagen"lə görüşdə penalti zərbəsini dəf etməsindən sonra onunla şəklini qorilla emojisi ilə paylaşaraq zarafat edib.
Futbolçu əvvəl emojini, daha sonra isə paylaşımı silib. Buna baxmayaraq irqi ayrı-seçkiliyə görə İngiltərə Futbol Assosiasiyası onu cəzalandıra bilər..
Qeyd edək ki, 2020-ci ildə assosiasiya sosial şəbəkələrdə dostuna “negrito” sözü ilə xitab edən "qırmız şeytan" Edinson Kavanini üç oyunluq cəzalandırmışdı.
