Opendanın transfer qiyməti açıqlanıb
"Leipziq" belçikalı futbolçusu Lois Opendanın transfer qiymətini açıqlayıb.
Sportline.az jurnalist Filipp Hinzenin məlumatına istinadən xəbər verir ki, Almaniya klubu Openda üçün 70 milyon avro tələb edir.
25 yaşlı futbolçunun "Leipziq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Openda bu mövsüm çıxış etdiyi 41 matçda 13 qol 11 asistlə yadda qalıb.