Formula 1-in azarkeşləri Maks Ferstappen və Lando Norrisi fərqləndiriblər

Formula 1-in rəsmi saytı azarkeşlər arasında mövsümün ilk dövrəsinin ən yaxşı pilotunu müəyyənləşdirməklə bağlı sorğu keçirib.

Sportline.az xəbər verir ki, səsvermədə iştirak edən azarkeşlər “Red Bull”un pilotu Maks Ferstappen və “Maklaren”in sürücüsü Lando Norrisi xüsusi fərqləndiriblər. Hər iki pilot 8,8 xal toplayıb.

Üçüncü yerdə isə 7,7 xalla “Uilyams”ın pilotu Corc Rassell qərarlaşıb.

Maraqlıdır ki, yeddiqat dünya çempionu Luis Hamilton 7,2 xalla səsvermədə yeddinci yeri tutub.