Osimhen İngiltərə nəhənginə transfer olacaq
"Qalatasaray"da icarə əsasında çıxış edən nigeryalı futbolçu futbolçu Viktor Osimhen karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportline.az "Tutto Sport"a istinadən xəbər verir ki, "Mançester Yunayted" Osimheni mövsümün sonunda heyətinə qatacaq.
26 yaşlı forvard müqavilə əsasında "Napoli" klubuna məxsusdur. Osimhenin İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.
Qeyd edək ki, "Mançester Yunayted" bu keçid üçün qarşı tərəfə 70 milyon avro təklif edib.