"Öz oyunçularımı düşünürəm, Reşfordu yox"

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim "Aston Villa"ya icarəyə verilən Markus Reşford haqqında danışıb.

Sportline.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 27 yaşlı vingerin çıxışından razı olduğunu bildirib:

"Öz futbolçularıma və komandama fokuslanmışam. Reşford hazırda bizim oyunçumuz deyil. Lakin təbii ki, icarəyə verilən oyunçularımızın yaxşı performansını görmək məni sevindirir."

Qeyd edək ki, "Mançester Yunayted" Markus Reşfordu fevral ayında "Aston Villa"ya icarəyə göndərib. İngiltərəli futbolçu Birmingem təmsilçisinin heyətində çıxış etdiyi 10 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə diqqət çəkib.