Özil Madridə qayıdır?

"Arsenal"da əsas heyətə düşməkdə çətinlik çəkən Məsut Özil karyerasını İspaniyada davam etdirə bilər. SportLine.az xəbər verir ki, Almaniya millisinin sabiq üzvü "Atletiko"nun maraq dairəsinə düşüb.

"El Mundo"nun məlumatına görə, Madrid klubu türk əsilli yarımmüdafiəçinin keçidi üçün 20 milyon funt-sterlinq ödəməyə hazırdır.

Qeyd edək ki, "Yuventus"un da M.Özilin transferində maraqlı olduğu bildirilir.