Palmer Konfrans Liqasının ümumi mərhələsi üçün "Çelsi"nin heyətinə daxil edilməyib

 

"Çelsi"nin ötən mövsümki bombardiri Koul Palmer London klubunun Konfrans Liqasının ümumi mərhələsi üçün heyətinə daxil edilməyib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, bu qərar məşqçilər korpusunun müxtəlif turnirlərdə rotasiya etmək istəyi ilə bağlı alınıb.

"Çelsi"nin UEFA-ya təqdim etdiyi siyahı isə belədir :

Qapıçılar: Sançez, Yorqensen, Berqstrem.

Müdafiəçilər: Disasi, Kukurelya, Tosin, Badyaşil, Ceyms, Qusto, Veyqa, Kolvill, Açimponq.

Yarımmüdafiıçilər: Fernandes, Madueke, Çukvuemeka, Nkunku, Sanço, Dyusberi Holl, Kaysedo, Kasadei, Corc, Dayer.

Hücumçular: Neto, Mudrik, Feliks, Cekson, Qui.

Qeyd edək ki, İngiltərə klubu Konfrans Liqasında ilk oyununu oktyabrın 3-də "Gent"ə qarşı keçirəcək.