Paris 2024: 3x3 basketbol yarışlarında yarımfinal mərhələsi start götürür
Paris Yay Olimpiya Oyunlarında kişilər arasında 3x3 basketbol yarışları davam edir.
Sportline.az xəbər verir ki, bu gün yarımfinal mərhələsinin oyunları keçiriləcək.
Saat 21:00-da başlanacaq oyunda Litva seçməsi Niderlandla qarşı qarşıya gələcək.
Digər oyunda isə Latviya saat 21:00-da start götürəcək oyunda Fransa ilə münasibətləri aydınlaşdıracaq.
Qeyd edək ki, Tokiyoda keçirilən son Olimpiya Oyunlarının qalibi Latviya seçməsi olub.