Paris-2024: Açılış mərasimində güclü yağış gözlənilir

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

Sportline.az xəbər verir ki, fransalı meteoroloq Patrik Marlier açılış mərasimi zamanı paytaxtda güclü yağışın gözlənildiyini bildirib. “Yağışın yağacağı qaçılmazdır. Səhərdən başlayan yağış axşam saatlarında da arta bilər.

Biz 25-30 mm-ə qədər yağıntı gözləyirik. Müqayisə üçün qeyd edək ki, bu, cəmi bir neçə saat ərzində 15 günlük yağıntıya bərabərdir”, - RMC Sport Marlierin sözlərindən sitat gətirir.

Məlumat üçün bildirək ki, 2024-cü il Olimpiadasının açılış mərasimi Sena çayında təşkil ediləcək. İdmançıların paradı qayıqlarda mərasimin yekun şousunun planlaşdırıldığı Austerlitz körpüsündən Trocaderoya qədər 6 kilometrlik marşrut boyunca nəzərdə tutulub.

Oyunların açılış mərasimi bu gün Bakı vaxtilə ilə saat 21:30-da başlanacaq.