Paris-2024:Azərbaycan bədii gimnastı yarışı 18-ci sırada başa vurub

Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 18-ci yeri tutub.

Sportline.az  xəbər verir ki, 23 yaşlı idmançı son olaraq gürzlə bacarığını göstərdikdən sonra 26.750 xala layiq görülüb.

Ümumilikdə 117.850 xal toplayan gimnastımız yekun sıralamada 18-ci yeri tutaraq, ilk "onluq"dan kənardan qalıb və finala yüksələ bilməyib.