Paris-2024: Azərbaycan millisi final mərhələsində növbəti dəfə çıxış edib
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final mərhələsində növbəti çıxışını həyata keçirib.
Sportline.az xəbər verir ki, təsnifat mərhələsini 8-ci pillədə başa vuran Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət bu dəfə 3 lent və 2 topla səhnəyə çıxıb.
Komandamız 31.600 xala alyiq görülüb. Millimiz iki hərəkətə əsasən 66,450 xal toplayıb. Çıxışını başa vuran gimnastlarımızın son mövqeyi digər irəqiblərin nəticələrindən sonra müəyyənləşəcək.
Qeyd edək ki, gimnastlarımız ilk olaraq halqalarla bacarığını göstərmişdi.Komandamız bu növdə 34.850 xala layiq görülüb.