Paris-2024: Azərbaycan üzgüçüsü çıxışını başa vurub

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Sportline.az xəbər verir ki, o, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində çıxış edib.

Vəlizadə 1 dəqiqə 59,77 saniyə ilə 28 iştirakçı arasında 25-ci olub. Beləliklə, o, ilk "16-lıq"da yer almadığı üçün turnirlə vidalaşıb.