Paris-2024: Azərbaycanın kamandan oxatanı mübarizəni 1/16 finalda dayandırıb
Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti sınağına çıxıb.
Sportline.az xəbər verir ki, təmsilçimiz 1/16 finalda almaniyalı Mişel Kroppenlə görüşüb.
Mübarizə Y.Ramazanovanın məğlubiyyəti ilə başa çatıb - 2:6.
Qeyd edək ki, idmançımız 1/32 finalda çinli An Qixuana qalib gəlmişdi.