Paris-2024: Cüdoçumuz finalda

Cüdoçumuz Zelim Kotsoyev Parisdə keçirilən Yay Olimpiya Oyunlarının finalına yüksəlib.

Sportline.az xəbər verir ki, 100 kq-dək çəki dərəcəsində yer alan dünya çempionu yarımfinal mərhələsində özbəkistanlı Muzaffarbek Turoboyevlə üz-üzə gəlib.

Rəqibi üstələyən Kotsoyev finala vəsiqə qazanıb.

İdmançımız həlledici mərhələdə İlya Sulamanidze ilə (Gürcüstan) üz-üzə gələcək.