Paris-2024: Əlabbas Rzazadə ilk görüşdə uduzdu
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Sportline.az xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda özbəkistanlı Qulomjon Abdullayevlə üz-üzə gəlib.
Rzazadə rəqibinə məğlub olub - 4:11. Abdullayev finala çıxsa, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.