Paris-2024: Fransada qatarların hərəkəti bərpa olundu
Fransada elektrik qatarlarının fəaliyyəti bərpa olunub.
Sportline.az xəbər verir ki, bu haqda ölkənin nəqliyyat naziri Patris Verqriet məlumat verib.
"Bu gün səhərdən bütün qatarlar yoluna davam edir. şərq istiqaməti və atlantik xətti tam olaraq bərpa edilib. Şimal istiqamətində də vəziyyət normallaşı", - deyə nazir "RTL Today"a açıqlamasında bildirib.
Qeyd edək ki, iyulun 26-da elektrik xəttlərindəki alışmalar səbəbindən qatarların hərəkəti dayandırılmışdı.