Paris 2024: Həndbol yarışlarında yarımfinalçılar müəyyənləşib
Paris Yay Olimpiya Oyunlarında kişilərin həndbol yarışlarında 2 yarımfinalçının adına aydınlıq gətirilib.
Sportline.az xəbər verir ki, ilk olaraq meydana İspaniya və Misir millisi çıxıb.Görüş avropalıların 29-28 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ikinci oyununda ev sahibi Fransa millisi Almaniyaya 34-35 hesabı ilə məğlub olub.
Bu nəticələrdən sonra İspaniya və Almaniya seçməsi yarımfinala adlayıb.
Qeyd edək ki, digər yarımfinalçılar bu gün keçiriləcək Danimarka-İsveç və Norveç-Sloveniya görüşlərində məlum olacaq.