Paris-2024: İdmançımız 43-cü oldu
Triatlonçumuz Rostislav Pevtsov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edib.
Sportline.az xəbər verir ki, idmançı yarışı 43-cü pillədə başa vurub.
O, ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət edib.
Qeyd edək ki, dünən keçirilməli olan triatlon yarışı Sena çayındakı suyun keyfiyyətinin normadan aşağı düşməsinə görə təxirə salınmışdı.
Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.