Paris-2024: İdmançımız Olimpiya çempionu oldu
Cüdoçumuz Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.
Sportline.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan dünya çempionu final mərhələsində gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kotsoyev olimpiya çempionu olub.
Qeyd edək ki, daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiadanın qızıl medalını qazanıb.