Paris-2024: İlham Zəkiyev bürünc medal qazanıb

Paracüdoçu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

Sportline.az xəbər verir ki, +90 kq çəkidə yer alan ikiqat paralimpiya çempionu üçüncü yer uğrunda görüşdə Qanbat Daştserenlə (Monqolustan) üz-üzə gəlib.

Rəqibini məğlub edən Zəkiyev bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, paralimpiadaya sentyabrın 8-də yekun vurulacaq.