Paris-2024: Osman Nurmaqomedov da uduzdu
Sərbəst güləşçimiz Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Sportline.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yarışan idmançı 1/4 final mərhələsində San Marino təmsilçisi Maylz Nazem Amin ilə üz-üzə gəlib.
Nurmaqomedov 14:16 hesabı ilə məğlub olub.
Maylz Nazem Amin finala yüksəlsə, təmsilçimiz sabah təsəlliverici qarşılaşmaya qatılacaq.