Paris-2024: Uşanqi Kokauri təsəlliverici görüşə çıxacaq
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Sportline.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yarışan idmançı 1/4 final mərhələsində Minjonq Kim (Cənubi Koreya) ilə üz-üzə gəlib.
Rəqibinə uduzan Kokauri təsəlliverici qarşılaşmaya qatılacaq.
Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.