Paris-2024: Yarışlar təxirə salına bilər

Paris Yay Olimpiya Oyunlarında neqativ halların sayı artmaqdadır.

Sportline.az xəbər verir ki, onlardan biri gündəmi daha çox zəbt edib.

Məsələ ondadır ki, Sena çayında suyun həddən artıq çirklənməsi triatlon yarışlarının təxirə salınması ilə nəticələnə bilər. 

Təşkilatçılar uzun illər zibil, kanalizasiya tullantıları və toksiki tullantılarla çirklənmiş Senanın təmizlənməsinə 1,4 milyard avro xərcləsələr də, son günlər yağan aramsız yağışlar suyu yenidən çirkləndirib.

Mütəxəssislər bu vəziyyətdə idmançıların suya girməsinə icazə vermirlər. 

Belə davam edəcəyi təqdirdə triatlon yarışlarının təxirə salınacağı gözlənilir.