Paris-2024: Azərbaycanın güləşçisi üçüncü yer uğrunda görüşdə iştirak edəcək

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbətini görüşünü keçirib.

Sportline.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovla üz-üzə gəlib.

Qarşılaşma Həsrətin məğlubiyyəti ilə başa çatıb.

Rəqib sonuncu xal prinsipinə (3:3) əsasən mərhələ adlayıb.

Cəfərov sabah bürünc medal uğrunda görüşdə iştirak edəcək.

Qeyd edək ki, Həsrət 1/8 finalda misirli güləşçi Mohamed Elsayedi, 1/4 finalda isə moldovalı Valentin Petiçi məğlub etmişdi.