Paris 2024:Qadınların futbol yarışlarında yarımfinal mərhələsi start götürür

Paris Yay Olimpiya Oyunlarında qadınların futbol yarışlarında mübarizə sona yaxınlaşır.

Sportline.az xəbər verir ki, bu gün hər 2 finalçının adına aydınlıq gətiriləcək.

İlk olaraq meydana ABŞ və Almaniya milliləri çıxacaqlar.Lionda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Günün ikinci oyununda Braziliya millisi İspaniya ilə münasibətləri aydınlaşdıracaq.Marseldə keçiriləcək matç saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Tokioda keçirilən son Olimpiya Oyunlarının qalibi Kanada seçməsi olub.