Paris Olimpiadasında ilk dünya rekordu qeydə alınıb

Cənubi Koreyalı Lim Si-Hyun 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk dünya rekorduna imza atıb.

Sportline.az xəbər verir ki,  21 yaşlı qadın oxatan seçmə yarışlarda mümkün 720 xaldan 694 xal toplayaraq, 2019-cu ildə müəyyən edilmiş əvvəlki dünya rekordunu yeniləyib.

Bundan əvvəlki dünya rekordu onun həmyerlisi Kanq Çae Yonqa (692 xal) məxsus idi.

Qeyd edək ki, Olimpiadanın açılış mərasimi iyulun 26-da baş tutacaq.