Parisdə "Masters" turnirində gözlənilməz nəticə
Parisdə “Masters” turnirinin 1/16 finalında maraqlı nəticələr qeydə alınıb.
Sportline.az xəbər verir ki, italiyalı Yannik Sinner gözlənilmədən mübarizəni dayandırıb. Bir neçə gün öncə Antverpen turnirinin qalibi olan italiyalı raketka ustası ispaniyalı Karlos Alkarasa məğlub olaraq yarışla vidalaşıb. Rəqibi hər iki setdə qələbə qazanıb.
Turnirin favoritlərindən sayılan almaniyalı Aleksandr Zverev serbiyalı Duşan Layoviçlə üz-üzə gəlib. İlk setdə 6:3 hesabı ilə qələbə qazanan Zverev növbəti hissədə isə çətinliklə qalib gəlib: 7:6. Bununla da, Zverev 1/8 finala yüksəlib.
Rusiyalı Daniil Medvedev isə Belarus tennisçisi İlya İvaşka ilə mübarizə aparıb. Medvedev qələbə qazanmaqda çətinlik çəkməyib. Hər iki hissədə rəqibini məğlub edən rusiyalı raketka ustası adını 1/8 finalçılar siyahısına yazdırıb.