Parisdə terror təhlükəsi

Paris-2024 Yay Olimpiya Oyunlarının açılışına saatlar qalmış Fransada bomba təhlükəsi aşkarlanıb.

Sportline.az xəbər verir ki, yarışın ev sahibinin İsveçrə ilə sərhədindəki Bazel-Myluz Hava Limanında partlayıcı maddə olduğu ilə bağlı məlumat yayılıb.

Bundan sonra hüquq-mühafizə orqanları hava limanını tamamilə boşaldıblar.

Yoxlanışlardan sonra günorta saatlarında aeroport yenidən sərnişinlərin ixtiyarına verilib.

Qeyd edək ki, Paris-2024-ün açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.