Parisin merindən maraqlı addım

Bu gün Parisdə Paralimpiya oyunlarına start veriləcək.

Sportline.az xəbər verir ki, bu ərəfədə Paris şəhərinin meri İdalqo maraqlı addımla gündəmə gəlib.

O, olimpiya oyunları zamanı çirkli mühiti ilə idmançıların narazılığına səbəb olan Sena çayında üzməklə narahatlığa əsas olmadığını bildirməyə çalışıb.

Mer sosial şəbəkədəki paylaşımında idmançılara bununla bağlı mesaj verib. 

Qeyd edək ki, Paris olimpiadasında ciddi tənqidlərlə üzləşən təşkilatçıların əsas problemlərindən biri də məhz Senanın çirklilik səviyyəsinin yüksək olması idi.

Paris Paralimpiya oyunları avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.