Pau Qasol yeni vəzifəyə təyin olunub

İspaniya basketbolunun əfsanəvi simalarından Pau Qasol yeni vəzifəyə təyin olunub.

Sportline.az xəbər verir ki, Beynəlxalq Basketbol Federasiyası (FIBA) keçmiş ulduz basketbolçunun FIBA Qadınlar Basketbol Dünya Kuboku 2026 üçün qlobal səfir olduğunu açıqlayıb.

Qasol bu vəzifə çərçivəsində turnirin dünyada tanıdılması və qadın basketbolunun inkişafının təşviqi istiqamətində fəaliyyət göstərəcək.

O, müxtəlif tədbirlərdə iştirak edərək turnirin populyarlaşmasına dəstək verəcək.

Qeyd: Yarış 2026-cı ildə keçiriləcək və dünyanın ən güclü qadın basketbol yığmaları bu turnirdə mübarizə aparacaqlar.

Qasolun səfir kimi seçilməsi isə turnirin beynəlxalq səviyyədə diqqət çəkməsinə kömək edəcək.