Peresdən Qaviyə dəstək

"Real"ın prezidenti Florentino Peres "Barselona"nın yarımmüdafiəçisi Qaviyə dəstək olub.

Sportline.az "Cadena COPE"yə istinadla xəbər verir ki, Peres zədəli futbolçuya məktub yollayıb.

Hətta gənc futbolçuya Madrid futbolçuları da dəstək olub.

Qeyd edək ki, Qavi AVRO-2024-ün seçmə mərhələsində İspaniyanın Gürcüstanı 3:1 hesabıyla məğlub etdiyi oyunda dizinin çarpaz bağını və yanal menisküsünü zədələyib.