Peti Dembeleni pislədi
Fransa millisinin keçmiş üzvü Emmanuel Peti maraqlı açıqlamsı ilə diqqət çəkib.
Sportline.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, sabiq futbolçu PSJ-nin ulduzu Usman Dembelenin "Arsenal"a keçməyini istəmir.
“Dembele ilə müqavilə bağlamazdım. Daima fürsətləri qaçırır, qol vurmur. Dembelenin "Arsenal"a keçməsinin tərəfdarı deyiləm".
Qeyd edək ki, futbolçu ilə "Çelsi" və "Nyukasl" da maraqlanır.