Pioli futbolçusunu təriflədi
"Mən həmişə Leaunun mənim kimi bir məşqçi ilə xoşbəxt olduğuna inanmışam və indi buna daha çox əminəm".
Sportline.az İtaliya mətbuatına istinadla xəbər verir ki, bunu "Milan"ın çalışdırıcısı Stefano Pioli futbolçusu Rafael Leau barədə danışarkən bildirib.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü cari mövsüm İtaliya çempionatında çıxdığı 8 matçda 6 qolda pay sahibi olub: 3 qol və 3 məhsuldar ötürmə.
Bu gün "Milan" əzəli rəqibi “Yuventus”u qəbul edəcək.