Poçettinodan Artetaya tərif
“Arsenal”a hörmətimiz var. Əla komanda. Kluba mənim üçün ailənin bir hissəsi olan Mikel Arteta rəhbərlik edir".
Sportline.az xəbər verir ki, bu sözləri "Sky Sports"a danışan "Çelsi"nin çalışdırıcısı Maurisio Poçettino deyib. O, Mikel Arteta haqda yüksək fikirdə olduğunu bildirib.
"Artetanın etdikləri məni təəccübləndirmir. O, əladır. O, gəncdir və hər gün inkişaf edir. Mikel dünyanın ən böyük məşqçilərindən birinə çevrilə bilər”, - deyə Poçettino əlavə edib.
Qeyd edək ki, "Çelsi" ilə "Arsenal" sabah qarşılaşacaq.