Poeçttino 8 qollu oyunu belə şərh etdi
İngiltərə Premyer Liqasında "Çelsi" - "Mançester Siti" matçında 8 qol vurulsa da, qalib müəyyənləşməyib: 4-4.
Sportline.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Maurisio Poçettino jurnalistlərə açıqlama verib.
"Fantastik qqarşılaşma oldu. Belə oyunlar yaddaqalan olur. Çox çalışdıq. Hətta hesabda önə də keçmişdik. Amma rəqibin səviyyəsi hər kəsə bəllidir. Qarşı tərəfi bu oyuna görə təbrik edirəm" - deyə Poçettino mətbuat konfransında bildirib.