Pol Poqba Rusiya klublarından imtina edib

Pol Poqba Rusiya klublarının təkliflərini müsbət cavablandırmayıb. 

Sportline.az xəbər verir ki, fransalı yarımmüdafiəçi bu təkliflərin onun üçün maraqsız olduğunu bildirib.

"Bir neçə təklif var. Məsələn Rusiya klublarından da təklif almışam. Amma bu, mənim hədəflərimə cavab vermir. Daha iddialı klublarda, Çempionlar Liqasında oynamaq istəyirəm", - deyə Poqba "Aminematue" kanalına müsahibəsində sualları cavablandırıb.

Qeyd edək ki, hazırda dopinq testə görə cəzalı olan Poqba bu ilin martında yaşıl meydanlara dönə biləcək. 

"Yuventus"la müqaviləsi pozulan futbolçu ötən ilin dekabr ayının 1-dən azad agent statusu daşıyır.