Polis Konfrans Liqası oyunundan sonra futbolçuları saxlayıb
UEFA Konfrans Liqasının "AZ Alkmar" - "Legiya" görüşündən sonra qalmaqal yaşanıb.
Sportline.az Przegląd Sportowy saytına istinadla xəbər verir ki, oyun başa çatandan sonra qonaqların iki futbolçusu saxlanılıb.
Oyundan qabaq da polis və polşalı fanatlar arasında qarşıdurma olmuşdu. Sonda isə çılğın fanatlardan bəziləri poliş bölməsinə aparılıb.
Onlarla birlikdə "Legiya"nın müdafiəçisi Radovan Pankovla yarımmüdafiəçi Jozeu da polis tərəfindən saxlanılıb.